Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yazıçı-jurnalist Mahir Rəsuloğlunun Xocalı məktəbliləri ilə görüşü keçirildi

0

  •          Mayın 25-də yazıçı-jurnalist Mahir Rəsuloğlunun Xocalı məktəbliləri ilə görüşü keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbdə baş tutan görüşdə Mahir Rəsuloğlu ilə birgə, Xocalı rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Quliyev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.        Tədbirdə çıxış edən natiqlər Mahir Rəsuloğlunun yaradıcılığından söz açdılar. Belə tədbirlərin şagirdlərin bədii ədəbiyyata olan marağının artmasına müsbət təsiri olacağını qeyd etdilər.          "Günəş göy üzünə qayıtmasa" adlı hekayələr kitabı ilə şagirdlərin görüşünə gələn Mahir Rəsuloğlu şagirdlərə yaradıcılıq həyatından danışaraq bildirdi ki, ilk vaxtlar şeirlə yaradıcılığa qədəm qoysa da, sonradan hislərini daha ətraflı çatdıra bilmək üçün bədii mətn dilini seçmək qərarına gəlib. Qarabağ müharibəsinin, köçkünlük həyatının acı nəticələrini yaşayan yazıçı həmin hadisələrin onun yaradıcılığına birbaşa təsir etdiyini diqqətə çatdırdı.        Mahir Rəsuloğlu yazmağa həvəsi olan şagirdlərə öz tövsiyəsini verdi: "Öz istedadını göstərə bilmək üçün heç nədən çəkinmək lazım deyil. Fikirlərini ifadə edə bilmək üçün cəsarətli olmaq lazımdır. Yazmaq həvəsini cilovlamaq insanın mənən narahat edir. Bədii təfəkkürünü, düşüncələrini vərəqlərə yazdıqda isə insanın ruhu sakitlik tapır. Ola bilsin ki, yazdığın ilk olaraq bəyənilməz, ancaq zamanla insanın yazı dili daha da təkmilləşir. Dünyagörüşünün artması üçün mütəmadi mütaliə etmək də vacibdir".        Diskussiya formasında keçən görüşdə oxucular Mahir Rəsuloğluna suallar ünvanladılar.       Xoş ovqatla yekunlaşan tədbirin sonunda müəllif fəal şagirdlərə "Günəş göy üzünə qayıtmasa" adlı hekayələr kitabını imzaladı.  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib61 dəfə
    Yazıçı jurnalist Mahir Rəsuloğlunun Xocalı məktəbliləri ilə görüşü keçirildi

    Maraqlı gələ bilər
    78
    62
    53
    24
    44